Rusiya gəmiləri ABŞ esmineslərinin gəldiyi Qara dənizə çıxıb

Gəmi dəstəsinə "Admiral Makarov" freqat gəmisi, "Qrayvon" və "Vıshnıy Voloşek" kiçik ölçülü raket gəmiləri, "Samum" raket gəmisi, "İvan Qolubets" minaaxtaran gəmisi, həmçinin böyük desant gəmiləri daxildir.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Rusiya Qara dəniz donanmasının freqatları, raket və desant gəmiləri dənizə çıxıblar. Onlar nəzarət yoxlamaları çərçivəsində artilleriya atəşləri həyata keçirəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qara dəniz donanmasının informasiya təminatı idarəsi məlumat yayıb.

Türkiyə Montrö razılaşmasından çıxır?

Qeyd olunur ki, gəmi dəstəsinə "Admiral Makarov" freqat gəmisi, "Qrayvon" və "Vıshnıy Voloşek" kiçik ölçülü raket gəmiləri, "Samum" raket gəmisi, "İvan Qolubets" minaaxtaran gəmisi, həmçinin böyük desant gəmiləri daxildir. Ekipaj artıq şərti mina sahəsini keçmək üçün təlim keçib.

Gəmilərdən əlavə, yoxlamalara dəniz aviasiyasının və donanmanın hava hücumundan müdafiə bölmələrinin təyyarə və helikopterləri cəlb olunacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyində olan mənbə "RİA Novosti"-yə bildirib ki, rəsmi Vaşinqton Ankaranı iki hərbi gəmisinin Bosfordan Qara dənizə keçəcəyinə dair məlumatlandırdığını bildirib. Belə ki, "Roosevelt" və "Donald Cook" esminesləri 14-15 aprel tarixindən 4-5 may tarixinə qədər Qara dənizdə qalacaq.