CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi

Texniki Komitə tərəfindən əməyin mühafizəsi üzrə 196 maddə üzrə milli standartın hazırlanması nəzərdə tutulur.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001-in əsasında hazırlanan ilk milli standart təsdiq olunub. Sputnik Azərbaycan Dövlət Əmək Müfəttişliyi Xidmətinə əsasən xəbər verir ki, “Əməyin sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” adlanan standart xidmətin sədrlik etdiyi “Əməyin təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən hazırlanaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə təqdim edilib və yeni dövlət standartı İnstitut tərəfindən müvafiq əmrlə təsdiqlənib. Standartın qüvvəyə minmə tarixi 01 may 2021-ci il müəyyən edilib.

Qeyd olunan AZS ISO 45001:2021 standartı əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyənləşdirir. İstehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması məqsədilə müəssisələri təlimatlarla təmin edir.

Texniki Komitə tərəfindən əməyin mühafizəsi üzrə 196 maddə üzrə milli standartın hazırlanması nəzərdə tutulur.