CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi Qənimətlər Parkına getmək istəyənlər üçün marşrutlar

Park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən, Naxçıvanski küçəsindən, Günəşli qəsəbəsindən və Hövsan qəsəbəsindən avtobuslar hərəkət edir.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb. 

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, adıçəkilən park istiqamətində Bakının müxtəlif istiqamətlərindən dörd marşrut xətti işləyəcək. Belə ki, bu park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən 21, Naxçıvanski küçəsindən 32, Günəşli qəsəbəsindən 46, Hövsan qəsəbəsindən isə 175 saylı marşrut xətləri üzrə avtobuslar hərəkət edir.

Adıçəkilən marşrut xətlərinin son dayanacaq məntəqəsi isə "28 May" metrostansiyasının qarşısıdır.