BAKI, 14 aprel - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, görüş Moskvada baş tutub.
"Sizi Moskvada salamlamaqdan məmnunam. Ermənistan Rusiyanın Qafqazda əsas tərəfdaşı və partnyorudur", - Gerasimov deyib.
O qeyd edib ki, ölkələr qarşılıqlı fəaliyyətlərini həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində möhkəmləndirirlər.
Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir".
"Biz Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində ixtisaslı kadrların yetişdirilməsini davam etdirirk", - deyən Gerasimov əlavə edib ki, koronavirus pandemiyası zamanı Ermənistanda Ermənistan SQ-nin hərbçilərinin müayinəsini də aparıblar. Ümumilikdə 22 min araşdırma aparılıb.
"Bu gün müdafiə sahəsində ikitərəfli qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə etmək imkanımız var", - Gerasimov bildirib.