Putinə koronavirus peyvəndinin ikinci dozası vuruldu

Kremldən Putinin hansı preparatla vaksinasiya olunduğunu açıqlamaqdan imtina edərək bildiriblər ki, Rusiyada istehsal olunmuş bütün peyvəndlər effektli və təhlükəsizdir.
Sputnik

 

BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin vaksinasiya sayəsində koronavirus pandemiyasının tezliklə səngiyəcəyinə ümid etdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.

"Ümid edirəm ki, ölkədə aktiv şəkildə apardığımız vaksinasiya sayəsində, hər bir halda, tezliklə pandemiya səngiyəcək", – deyə o, Rusiya Coğrafiya Cəmiyyəti Rəyasət Heyətinin iclasında çıxış edərkən bildirib.

Qeyd edək ki, bu gün Vladimir Putinə koronavirus peyvəndinin ikinci komponenti vurulub. Prezidentə peyvəndin birinci dozası martın 23-də tətbiq olunmuşdu. Dövlət rəhbəri peyvənddən sonra özünü yaxşı hiss eləyib və işinə davam edib.

Kremldən Putinin hansı preparatla vaksinasiya olunduğunu açıqlamaqdan imtina edərək bildiriblər ki, Rusiyada istehsal olunmuş bütün peyvəndlər effektli və təhlükəsizdir.