MƏDƏNİYYƏT

"Oscar" kinomükafatının təqdimetmə mərasiminin aparıcıları məlum olub - VİDEO

Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los-Ancelesdəki "Dolby" teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır.
Sputnik

BAKI, 14 aprel — Sputnik. Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə "Oscar" kinomükafatının təqdimetmə mərasiminin aparıcıları olacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları "Instagram" hesablarında məlumat veriblər.

"Oscar" mükafatlandırma mərasimi aprelin 25-də canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcəklər.

Holli Berri, Xoakin Feniks, Lora Dern, Rita Moreno, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcəklər.

Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los-Ancelesdəki "Dolby" teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik "Oscar"ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.

https://www.instagram.com/p/CNk1GdfjVO2/?utm_source=ig_web_copy_link