Bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı başlanıb. Artıq iki ildir ki, bu müqəddəs ay koronavirus pandemiyası şəraitində keçir. Bəzi ölkələrdə məhdudiyyətlər daha yumşaqdır və inanclı insanlara sosial məsafəyə riayət etmək şərti ilə məscidlərdə namaza durmağa icazə verilir. Digər ölkələrdə isə sərt məhdudiyyətlər hələ götürülməyib və kütləvi tədbirlərin keçirilməsi qadağandır.
Bu cür şəraitdə müfti və imamlar inanclıları evlərində ibadət etməyə, ənənəvi iftar mərasimlərini isə ailə çərçivəsində keçirməyə çağırırlar.
Cari təqvim ilində Ramazan ayının başlanğıcı aprel ayının 13-nə tuş gəlib.
Qeyd edək ki, bu ay insanlar oruc tutur, bəzi ölkələrdə isə gündəlik orucdan sonra çoxlu sayda insanlar üçün iftar mərasimləri təşkil olunur.
Xatırladaq ki, Ramazan ayının başlanması Ay təqviminə əsaslanır. Ayın uzunluğu 29-30 gün olur. Müqəddəs ay Eyd əl-Fitr (İftar bayramı) bayramı ilə başa çatır ki, bu da ayın sonuncu günü başlanır və üç gün davam edir.