BAKI, 14 aprel — Sputnik. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, A.Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.
Qeyd edək ki, Belarus lideri Azərbaycana aprelin 13-ü axşam saatlarında gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, iki ölkənin nümayəndə heyətləri bir sıra vacib sənədlər imzalayıblar.