İQTİSADİYYAT

Azərbaycan nefti bahalaşır

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 14 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 63,53 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,77 dollar artaraq 64,44 dollar, "Light" markalı neftin qiyməti isə 0,76 dollar bahalaşaraq 60,95 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.