MƏDƏNİYYƏT

Aşıq Əli vəzifəyə təyin olunub

"Sənin adına çox sevindim. İnanıram ki, sənə göstərilən bu etimadı doğruldaraq kollektivinlə bərabər böyük uğurlara imza atacaqsan. Sən zirvələrə yaraşırsan", - deyə xanım aşıq özünün "Instagram" hesabında yazıb
Sputnik

BAKI, 14 aprel — Sputnik. Aşıq Əli Tapdıqoğlu Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinə rəhbər təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda onun həmkarı Samirə Əliyeva məlumat yayıb. "Sənin adına çox sevindim. İnanıram ki, sənə göstərilən bu etimadı doğruldaraq kollektivinlə bərabər böyük uğurlara imza atacaqsan. Sən zirvələrə yaraşırsan", - deyə xanım aşıq özünün "Instagram" hesabında yazıb.