RUSİYA

"Albert Rıjı"nı qətlə yetirməkdə şübhəli bilinən şəxsin tutulması VİDEOsu yayılıb

Xatırladaq ki, Heydərov Moskvanın şimali-qərbindəki "Alıye parusa" yaşayış kompleksinə aid fitnes-klubda, kardio-trenajorda məşq edərkən güllələnib.
Sputnik

 

BAKI, 14 aprel — Sputnik. Rusiya İstintaq Komitəsi "Albert Rıjı" ləqəbli kriminal avtoritet Əli Heydərovun qətlində şübhəli bilinən şəxsin tutulması anlarının əks olunduğu videonu yayımlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, həmin kadrlarda şübhəlinin əlləri qandallı şəkildə İstintaq Komitəsinin Şimali-Qərb federal dairəsi üzrə idarəsinin binasına daxil olduğu görünür.

Həmin videoda şübhəli baş verənlərin səbəbinin qətl hadisəsi olduğunu bildirir.

Bir müddət sonra adı çəkilən qurumdan şübhəlinin öz günahını etiraf etməsi xəbəri yayılıb.

Xatırladaq ki, Heydərov Moskvanın şimali-qərbindəki "Alıye parusa" yaşayış kompleksinə aid fitnes-klubda, kardio-trenajorda məşq edərkən güllələnib.

KİV-lərin məlumatına görə, Heydərov Mari Eldəki koloniyadan vaxtından əvvəl şərti azadlığa buraxılıb. Həmin cəzaçəkmə müəssisəsinə Heydərov avtomobil satıcısının qarət edilməsi və müxtəlif kriminal münaqişələrdə iştirakına görə yerləşdirilmişdi.