Bayden Putinə zəng edərək görüş istəyib

Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib.
Sputnik

BAKI, 13 aprel - Sputnik. Bu gün ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.  

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

Telefon danışığı zamanı Bayden Putini başqa bir ölkədə sammit keçirməyə dəvət edib.

“Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib, ABŞ və Rusiyanın qarşısında duran bütün məsələləri müzakirə etmək üçün qarşıdakı aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib”, - deyə Ağ Evdən verilən məlumatda bildirilib. 

Bayden Putinlə telefon danışığında həmçinin silahlara nəzarət üzrə dialoqu davam etdirmək niyyətini də müzakirə edib.