ATƏT-in Minsk Qrupunun həmsədrləri Bəyanat yayıb

Həmsədrlər Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildirir və tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər.
Sputnik

BAKI, 13 aprel - Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün bəyanatla çıxış ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, həmsədrlər Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildirir və tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər.

Həmsədrlər meyitlərin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri və münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlayır.