MƏDƏNİYYƏT

Rotterdamda "Avroviziya" səhnəsinin qurulmasına başlanılıb - VİDEO

Niderland televiziyası tarixində ən mürəkkəb şou üçün səhnənin, səhnə arxasının, mətbuat mərkəzinin və digər infrastrukturun qurulması üzrə işlər koronavirusla mübarizə tədbirlərinə ciddi şəkildə riayət olunmaqla, gecə və gündüz aparılacaq
Sputnik

BAKI, 12 aprel — Sputnik. Rotterdamda "Avroviziya 2021"-in keçiriləcəyi səhnənin quraşdırılmasına start verilib. Bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.

Niderland televiziyası tarixində ən mürəkkəb şou üçün səhnənin, səhnə arxasının, mətbuat mərkəzinin və digər infrastrukturun qurulması üzrə işlər koronavirusla mübarizə tədbirlərinə ciddi şəkildə riayət olunmaqla, gecə və gündüz aparılacaq.

Xatırladaq ki, "Avroviziya 2021" musiqi müsabiqəsi mayın 18-22-də Rotterdamda keçiriləcək. Sayca 65-ci müsabiqə "Açıl" (Open Up) şüarı ilə təşkil olunacaq.