Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

Test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.
Sputnik

BAKI, 12 aprel — Sputnik. Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Sputnik Azərbaycan xəbər verir ki, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin səhhəti hazırda yaxşıdır. Onun hərarəti normaldır.

N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.