Milli Televiziya və Radio Şurasının üzvü vəfat edib

Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.
Sputnik

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək.