BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.
Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.