SƏHİYYƏ

Uşaqlar arasında peyvəndlə əhatəolunma aşağı düşüb

"Əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu" - Afaq Əliyeva.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Ötən il uşaqlar arasında peyvəndlə əhatəolunma əvvəlki illərlə müqayisədə aşağı olub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Poliklinikalarda saxta peyvəndlənmə aşkarlanıb

Onun sözlərinə görə, buna səbəb pandemiya səbəbindən virusa yoluxmadan ehtiyat edərək valideynlərin uşaqlarını poliklinikalara gətirməməsi, eləcə də evdən çıxmağa qoyulan məhdudiyyətlər olub: "Bu üzdən əvvəlki illərlə müqayisədə uşaqlar arasında peyvəndə cəlbolunma ötən il qismən aşağı oldu".

A.Əliyeva bildirib ki, hazırda tibb müəssisələri işləyir, evdən çıxmağa məhdudiyyətlər yoxdur. Buna görə də valideynlərin uşaqlarını peyvənd təqviminə uyğun vaksin etdirməsinə heç bir məhdudiyyət tətbiq edilmir.