Ərdoğanla Zelenskinin görüşü, vacib məqamlar

Ukraynanın şərqindəki vəziyyətə gəlincə, Ərdoğan bildirib ki, bu barədə Zelenski ilə fikir mübadiləsi aparıb və inanır ki, böhranı siyasi yolla aradan qaldırmaq olar. 
Sputnik

BAKI, 10 aprel - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdən sonra tərəflər mətbuat önünə çıxaraq bəyanatlar veriblıər.

Ukraynanı NATO-ya qəbul edirlər?
Ərdoğanın sözlərinə görə, tərəflər görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər. O bildirib ki, Türkiyə "Krım platforma"sını dəstəkləyir. Ankara Kiyevlə birlikdə Krım tatarları üçün məscid tikilməsində iştirak edəcək.

Ukraynanın şərqindəki vəziyyətə gəlincə, Ərdoğan bildirib ki, bu barədə Zelenski ilə fikir mübadiləsi aparıb və inanır ki, böhranı siyasi yolla aradan qaldırmaq olar. 

Türkiyə Prezidenti vurğulayıb ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində gərginliyi azaltmaq vacibdir. 

Ukrayna və Türkiyənin müdafiə sahəsində əməkdaşlığını isə  Ərdoğan "vacib element" adlandıraraq, onun hansısa üçüncü dövlətin əleyhinə yönəlmədiyini vurğulayıb.

Vladimir Zelenski bəyan edib ki, türk həmkarı ilə Qara dənizdəki vəziyyəti müzakirə ediblər və Ankara ilə Kiyevin bu məsələdə fikirləri üst-üstə düşür.