Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 10 aprel — Sputnik. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni "həbsxanada başını kəsəcəyik" deyərək təhdid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu azərbaycanlı deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev sosial şəbəkədəki hesabında yazıb.
"Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - deyə Tural Gəncəliyev bildirib.