MƏDƏNİYYƏT

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.
Sputnik

BAKI, 10 aprel — Sputnik. Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb isə onun "TikTok"-da paylaşdığı videoda işlətdiyi sözlər olub.

Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq, Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.

Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Twitter-də Ersin Korkut həbs olunsun həştəqi ilə kampaniya başladıblar.

Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.