İlham Əliyev Kraliça II Elizabetə və Baş nazir Boris Consona başsağlığı verib

Xatırladaq ki, Edinburq Hersoqu, Böyük Britaniya Şahzadəsi Filip bu gün 99 yaşında həyata gözlərini yumub.
Sputnik

BAKI, 9 aprel - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona başsağlığı məktubları göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, Baş nazirə, Birləşmiş Krallığın bütün xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.