Şəkinin kəndlərində yas mərasiminin keçirilməsinin qarşısı alınıb

Polis əməkdaşları tərəfindən Şəki rayonunun Qazma və Püştətala kəndləri ərazisində, Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimlərinin keçirildiyi müəyyən edilib. 
Sputnik

BAKI, 9 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində, Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib. 

Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub. Mərasimləri təşkil edən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.