Xalq artisti yenidən xəstəxanaya yerləşdirilib

Səhhəti pisləşən Xalq artisti bir neçə gün əvvəl özəl klinikaların birinə yerləşdirilib. Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir.
Sputnik

BAKI, 9 aprel — Sputnik. Xalq artisti, rejissor Eldar Quliyev yenidən xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, səhhəti pisləşən E.Quliyev bir neçə gün əvvəl özəl klinikaların birinə yerləşdirilib. Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir.

Xatırladaq ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılmışdı.