Türkiyənin meqa-starı qadın haqlarının müdafiəsinə qalxdı – FOTO

"Sezen Ünlüyü unutmayaq. Şiddətə məruz qalan və öldürülən bütün qadınları. Mən bu mesajı yazarkən belə, bir yerdə qadınlar zorakılığa məruz qalır və öldürülür".
Sputnik

BAKI, 9 aprel — Sputnik. Türkiyənin pop ulduzu Tarkan əri tərəfindən öldürülən 16 yaşlı beş aylıq hamilə qadın barədə paylaşım edib.

O, "Instagram" hesabından etdiyi paylaşımda İzmirin Konak rayonunda qadına qarşı dəhşətli cinayəti anıb.

Tarkan bu cinayəti unutmamağa, qadın haqları üçün mübarizəyə davam etməyə çağırıb: "Sezen Ünlüyü unutmayaq. Şiddətə məruz qalan və öldürülən bütün qadınları. Mən bu mesajı yazarkən belə, bir yerdə qadınlar zorakılığa məruz qalır və öldürülür. Danışmağa davam edin, qadın hüquqları üçün mübarizə aparın, ədalət üçün fəryad edin".