Mətbuat mərkəzi

SputnikPro mətn və videonun məzmunca bir-birinə uyğunlaşdırılmasından danışıb

Jurnalistlər üçün maarifləndirici layihə çərçivəsində növbəti ustad dərsi video əsasında mətnin formalaşdırılmasına həsr olunub
Sputnik

BAKI, 9 aprel — Sputnik. Mətnləri video-formata inteqrasiya edərkən biz tamaşaçının bunu qəbul edib-etməyəcəyinibaşa düşməliyik. Müəyyən kiçik ərazi, yaşayış məntəqəsi miqyasında olan xəbərlər əksəriyyət üçün çox maraq kəsb etmir. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilmiş növbəti vebinarda məhz bu məsələlərdən danışılıb.

Cümə günü, aprelin 9-da "Xəbər videosu və mətni uğurlu şəkildə bir-birinə necə birləşdirməli" mövzusunda onlayn sessiya keçirilib.

Ustad dərsində spiker "Ukraina.ru" internet-məcmuəsinin sosial şəbəkələr şöbəsinin şef-redaktoru Aleksandr Fomin olub.

Fomin "Rossiya Seqodnya" media-qrupunda Ukraynada ştatdankənar müxbir kimi başlayıb (2017-ci il). Bundan əvvəl o "Zvezda" televiziya kanalında çalışıb ("Ukrayna onlayn: Ukrayna KİV-lərində Şərq/Qərb layihəsi).

Rusiya Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalistika" ixtisası üzrə bitirib. RXDU-nun aspirantıdır.

Rusiya Federasiyası Federasiya Şurası yanında bloqer və jurnalistlər şurasının üzvüdür. Rusiya jurnalistlər ittifaqının üzvüdür.

Ustad dərsində Aleksandr mətnin videoya uyğunlaşdırılmasından və az sərfiyyatla mətnin yaradılmasından danışıb.

"Video əsasında mətnin yaradılması – minimum sərfiyyat deməkdir. Çünki bu halda videoda deyilənləri mətn şəklində yazmaq kifayətdir", deyə spiker bildirib.

Fomin onu da qeyd edib ki, mətni videoya çevirmək dəfələrlə çətindir. Bu halda sadə cümlələrdən istifadə etməklə mətni qısaltmaq tələb olunur.

"Jurnalistlər tez-tez uzun və mürəkkəb cümlələr yazırlar ki, bu da mətnin oxunmasını çətinləşdirir. Bunun üçün mətni ixtisar edərək onu oxunmaq üçün daha rahat mətnə çevirəcək redaktor tələb olunur", - deyə Fomin bildirib.

Bundan sonra alınmış mətni üzündən oxumaq lazımdır. Bunu, əgər varsa, peşəkar studiyada etmək olar, amma şəxsi telefondan da istifadə etmək mümkündür.

Videonu da telefonda montaj etmək mümkündür. Bunun üçün çoxsaylı proqramlar var.

"Mətndən ən parlaq məqamları seçmək lazımdır. Onlar üçün biz keyfiyyətli şəkil və videolar axtarırıq. İkinci dərəcəli məqamları daha pis keyfiyyətdə və daha az dinamik olan videolar sırası ilə örtə bilərik. Bundan əlavə mövzuya dair şəkillərdən də istifadə etmək olar", - deyə spiker bildirib.

Bütün bunlardan əlavə, Aleksandr Fomin nələri etməyin lazım olmadığından da danışıb.

"Başqa mənbələrdən götürülmüş və ya eksklüziv, amma kiçik bir regiona aid olan xəbərlər işləmir. Birinci halda digər kanalların həmin xəbəri verməsi ehtimalı böyükdür. Bundan əlavə, bu vəziyyətdə vizualizasiya ilə bağlı problemlər olur. İkinci hala gəldikdə, "kiçik areala" aid olan xəbərlər geniş auditoriya üçün sadəcə olaraq maraqlı deyil, onlar üçün etimad doğurmur", - deyə spiker bildirib.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

Pandemiya başladıqdan sonra layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro onlayn mövsümünə" start verib. Ustad dərsləri rejimində mütəxəssislər jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/