Filip öldü – Britaniyada matəmdir

"Kraliça Əlahəzrət dərin kədərlə sevdiyi əri, Əlahəzrət, Edinburq Hersoqu Şahzadə Filipin ölümünü elan etdi"
Sputnik

BAKI, 9 aprel — Sputnik. Britaniya kraliçasının həyat yoldaşı, Edinburq hersoqu Filip 99 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Bukinhem sarayının "Twitter" səhifəsində yerləşdirilib.

"Kraliça Əlahəzrət dərin kədərlə sevdiyi əri, Əlahəzrət, Edinburq Hersoqu Şahzadə Filipin ölümünü elan etdi", - deyə məlumatda bildirilir.

Filip səhər saatlarında Vinsdor sarayında vəfat edib.