Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başa çatıb

Birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib.
Sputnik

BAKI, 9 aprel — Sputnik. Ölkəmizdə keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başa çatıb.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib.