SƏHİYYƏ

Pulsuz tibbi xidmətin göstərilməsi qaydası dəyişir

Qüvvədə olan qanuna əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilirdi.
Sputnik

BAKI, 8 aprel — Sputnik. Təhsil müəssisələrində iaşə və tibb xidmətinin göstərilməsi qaydası dəyişir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

TƏBİB-ə görə 50 qanuna dəyişiklik edilir

Dəyişikliyə əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqanın (qurumun) - TƏBİB-in müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstəriləcək.

Qüvvədə olan qanuna əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilirdi.

Eyni zamanda, təhsil sahəsində dövlətin vəzifələrinə də dəyişiklik təklif edilir.

Belə ki, dövlət təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək təhsil sahəsində dövlətin vəzifəsi hesab olunacaq.