Yerevanda rollar dəyişir – Koçaryan Paşinyanı məhkəməyə verdi

Koçaryan Baş nazirdən sabiq prezidentə qarşı işlətdiyi ifadələri açıq şəkildə təkzib etməsini və 4 milyon dram məbləğində (təxminən 8 milyon dollar) təzminat ödəməsini tələb etdiyini bildirir.
Sputnik

BAKI, 8 aprel — Sputnik. Ermənistanın sabiq Prezidenti Robert Koçaryan bu ölkənin Baş naziri Nikol Paşinyanı məhkəməyə verib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Koçaryanın vəkili Ayk Alumyan bildirib.

Ərizə məhkəməyə aprelin 7-si təqdim olunub. O, Yerevan ümumi instansiya məhkəməsinin hakimi Artur Mkrtçyan-a göndərilib.

Məhkəmə-hüquq məlumatı saytında qeyd olunur ki, Koçaryan Baş nazirdən sabiq prezidentə qarşı işlətdiyi ifadələri açıq şəkildə təkzib etməsini və 4 milyon dram məbləğində (təxminən 8 milyon dollar) təzminat ödəməsini tələb etdiyini bildirir.

Vəkilin sözlərinə görə, söhbət Baş nazirin 2021-ci ilin martın birində səsləndirdiyi fikirlərdən gedir.

Qeyd edək ki, Paşinyan həmin vaxt "1 mart" işinə toxunaraq bildirib ki, "2008-ci ilin martında ordunu öz xalqına qarşı çıxaranlar indi də bunu etmək istəyirlər". O, həmçinin bildirib ki, "1 mart" işi açılıb.