RUSİYA

Paşinyan Kremldə Putindən nə istəyib?

Nikol Paşinyan: "Mən bu gün sizinlə Ermənistanda yeni AES-in inşasının mümkünlüyünü müzakirə etmək istəyirəm”.
Sputnik

BAKI, 8 aprel - Sputnik. Rusiya Prezidenti Vladimri Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasının (AES) tikintisini müzakirə etmək niyyətindədir.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Paşinyan Rusiya prezidenti ilə Kremldə keçirilən görüşdə bildirib.

"Mən bu gün sizinlə Ermənistanda yeni AES-in inşasının mümkünlüyünü müzakirə etmək istəyirəm”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, hazırda Ermənistanda fəaliyyət göstərən Metsamor AES qəzalı vəziyyətdədir və beynəlxalq təşkilatlar dəfələrlə Ermənistanı istifadə müddəti çoxdan başa çatmış bu stansiyanın fəaliyyətini dayandırmağa çağırır.