İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 8 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,35 dollar ucuzlaşaraq 61,63 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,38 dollar geriləyərək 62,78 dollar, "Light" markalı neftin qiyməti isə 0,42 dollar ucuzlaşaraq 59,35 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.