RUSİYA

Şoyqu erməni həmkarı ilə danışdı, Qarabağı müzakirə etdi

Məlumatda, həmçinin qeyd olunur ki, nazirlər 102-ci hərbi bazanın və Ermənistan və Rusiyanın Birləşmiş Silah Qoşunlarının fəaliyyətini müzakirə ediblər.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Rusiya və Ermənistanın Müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutunyan arşında telefon danışığı baş tutub. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistanın Sünik (Zəngəzur) vilayətinin təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Məlumatda, həmçinin qeyd olunur ki, nazirlər 102-ci hərbi bazanın və Ermənistan və Rusiyanın Birləşmiş Silah Qoşunlarının fəaliyyətini müzakirə ediblər. Şoyqu və Arutunyan Ermənistan ordusunda başlayan genişmiqyaslı islahatları da nəzərdən keçiriblər.

Sputnik Ermənistan isə mənbəyə istinadən xəbər verir ki, müdafiə nazirləri Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı işi barədə də danışıblar.