İQTİSADİYYAT

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu açıqlayıb

Cari ildə "Brent" markalı xam neftin bir barelinin orta qiymətinin 62,28 dollar olacağı nəzərdə tutulur. Ötən aydakı proqnoz isə 60,67 dollar idi.
Sputnik

BAKI, 7 aprel — Sputnik. ABŞ neft qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.

Sputnik Azərbaycan ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, cari ildə "Brent" markalı xam neftin bir barelinin orta qiymətinin 62,28 dollar olacağı nəzərdə tutulur. Ötən aydakı proqnoz isə 60,67 dollar idi.

EIA bildirib ki, ilin ikinci yarısında "Brent"in orta qiyməti 65,32 dollar olacaq.

Gələn il "Brent" neftinin orta qiyməti 60,49 dollar təşkil edəcək. Əvvəlki proqnoz 59 dollar idi.

Proqnoza görə, "Light" markalı xam neftin orta qiymətinin bu il 58,89 dollar, növbəti ildə isə 56,74 dollar olacağı gözlənilir. Ötən aydakı proqnozlar 2021-ci il üçün 57,24 dollar, 2022-ci il üzrə 54,75 dollar olmuşdu.