MƏDƏNİYYƏT

Castin Biber sevənlərin nəzərinə - "Ədalət"dən sonra "Azadlıq" gəldi

Katoliklərin Pasxa bayramında dinləyicilərə təqdim edilən bu albom böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, Castin Biber qısa müddət əvvəl, 19 martda "Justice" ("Ədalət") adlı albomunu təqdim etmişdi.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Pop musiqisi ulduzu Castin Biber heç kimin gözləmədiyi bir vaxtda yeni albom buraxaraq dinləyicilərini heyrətləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, "Freedom" ("Azadlıq") adlanan yeni albom 6 mahnıdan ibarətdir.