QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Akar: “Əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyəcək”

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb. 
Sputnik

BAKI, 7 aprel - Sputnik. “Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb. 

“Birlik və bərabərliyimiz Qarabağ ətrafında daha da möhkəmləndi. Bunu hər kəs gördü. Türkün gücü, türkün yumruğu erməninin başına dəydi. 30 ildən çoxdur davam edən işğal, zülm sona çatdı. Qarabağda qazanılan Qələbə tarixə qızıl hərflərlə yazılacaq. Türkiyə və Azərbaycan orduları hər zaman hər yerdə bərabər çalışa bilməlidir. Bunun üçün yüksək templə hazırlıqlarımızı görürük”, - Akar əlavə edib.