CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maştağada silahlı şəxs saxlanılıb

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində əvvəllər məhkum olunan paytaxt sakini Eldar Babayev Maştağa qəsəbəsi ərazisində tutulub.
Sputnik

BAKI, 7 aprel — Sputnik. Sabunçu Rayon İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəllər məhkum olunan paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis bölməsinə məlumat daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.