"Çernobıl" serialının qəhrəmanı vəfat edib

Pol Ritter 1966-cı ildə Böyük Britaniyada anadan olub. O, Harri Porter haqqındakı ekran işində, "İnferno" və başqa filmlərdə çəkilib
Sputnik

BAKI, 6 aprel — Sputnik. Böyük Britaniya aktyoru Pol Ritter 54 yaşında vəfat edib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, onun ölüm səbəbi beyin şişi olub.

Pol Ritter 1966-cı ildə Böyük Britaniyada anadan olub. O, Harri Porter haqqındakı ekran işində, "İnferno" və başqa filmlərdə çəkilib.

Xatırladaq ki, Pol Ritter Azərbaycanda da maraqla qarşılanan "Çernobıl" (2019) serialında Anatoli Dyatlov obrazını canlandırıb.