Xalq artisti dəfn olunub

Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) dəfn edilib.

Sputnik Azərbaycan xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində iştirak edən tanınmış mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.

Xatırladaq ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.