BAKI, 6 aprel - Sputnik. Şimali Atlantika Alyansı bildirib ki, Ukraynanı özünün altı partnyorundan ən dəyərlisi hesab edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə NATO tərəfdaşlarının Quru Qoşunları Komandanlığının
Twitter-dəki paylaşımında deyilir.
"Ukrayna Alyansın ən dəyərli partnyoru, eləcə də bizim geniş imkanlara malik altı partnyorumuzdan biridir", - paylaşımda deyilir.
Bildirilir ki, hazırda Quru Qoşunları Komandanlığının qərargahında bir ukraynalı zabit işləyir. Alyans həmçinin qeyd edib ki, Ukrayna NATO Cavab gücündə iştirak edən ilk partnyor ölkə olub.
Bundan öncə Ukraynanın Donbas üzrə Üçtərəfli kontakt qrupunun nümayəndəsi Aleksey Arestoviç bildirib ki, NATO-nun Defender Europe 2021 təlimləri Rusiya ilə müharibənin məşqi üçün lazımdır. Şimali Atlantika Alyansı soyuq müharibə zamanından bəri ən böyük təlimləri bu ilin may-iyun aylarında keçirməyi planlaşdırır.