RUSİYA

Rusiyadan Ermənistana hərbi texnika göndərilməsinin qarşısı alındı

Məlumatda qeyd olunur ki, müsadirə olunan stabilizatorlar "T-72" tankları da daxil olmaqla hərbi texnikaya yerləşdirilir. Onların açıq şəkildə ticarəti qadağan olunub.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Ural gömrük xidməti tərəfindən Ermənistana tank stabilizatorlarının ehtiyat hissələrinin göndərilməsinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Hərbi təyinatlı məhsulu - 37 ədəd 8L026P tezlikli stabilizator və tank stabilizatorunun idarəetmə bölməsi üçün 30 ədəd RP-5 polarizə relesini - Cənubi Ural (Çelyabinsk vilayəti) sakini kuryer xidməti vasitəsilə göndərib", - deyə Ural Gömrük Xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, məhsulu göndərmək üçün adı çəkilməyən şəxs kuryer xidmətinə nəqliyyat-logistika şirkətinə saxta ixrac sənədləri təqdim edib.

O, identifikasiya nömrələrini gizlətmək və onlara yeni görünüş vermək üçün stabilizatorları rəngləyib.

Məlumatda qeyd olunur ki, müsadirə olunan stabilizatorlar "T-72" tankları da daxil olmaqla hərbi texnikaya yerləşdirilir. Onların açıq şəkildə ticarəti qadağan olunub.

Hazırda Rusiyada faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 226.1 (Hərbi texnikanın materiallarının və avadanlıqlarının qaçaqmalçılığı) maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə cinayət işi üzrə təqsirdirilən şəxs 7 ilə qədər azadlıqdan məhrum edilə və 1 milyon rubl (22 236 AZN) miqdarında cərimələnə bilər.