Bakı və Abşeronu toz dumanı bürüyüb - rəsmi

Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1,4 dəfə artıqdır.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1,4 dəfə artıqdır.