Bakıdakı güclü küləklə bağlı xəbərdarlıq edildi

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Bakı Nəqliyyat Agentliyi güclü küləlkə bağlı sərnişinlərə müraciət edib. Agentlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçıları diqqətli və ehtiyatlı olmağa çağırılır:

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".