Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondunun bildirdiyinə görə, bu məsələdə güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna təşkil edirlər.
Sputnik

BAKI, 6 aprel — Sputnik. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb. Dövlət Sosial Müdafiə Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, pensiyaların aprel ayının 8-i tarixinə ödənilməsi nəzərdə tutulur. Bu məsələdə güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna təşkil edirlər.