SƏHİYYƏ

İranda pandemiyanın dördüncü dalğası başlayıb

Həsən Ruhani əhalinin sağlamlıq protokollarına əməl etmədiyi təqdirdə, bunun digər əyalətlərə də yayıla biləcəyini deyib.
Sputnik

BAKI, 5 aprel — Sputnik. İran Prezidenti Həsən Ruhani "COVID-19" pandemiyasının 4-cü dalğasının ölkəsinin 2 vilayətində başladığını elan edərək xalqa xəbərdarlıq edib.

Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, Ruhani əhalinin sağlamlıq protokollarına əməl etmədiyi təqdirdə, bunun digər əyalətlərə də yayıla biləcəyini deyib: "Alış-verişlər və səyahətlər bizi problemlərlə üz-üzə qoya bilər. Virus mutasiyaya uğrayır. Böyük Britaniya, Braziliya və Afrika ştammları ortaya çıxıb. Bunlar daha təhlükəlidir".

Ruhani, "qırmızı" və "narıncı" olaraq təyin olunan yüksək riskli əyalətlərdə kütləvi dini ibadət və fəaliyyətlərin qadağan olduğunu, ancaq "sarı" və "mavi" yerlərdə sağlamlıq qaydalarına riayət edilməsi şərtilə icazə verilə biləcəyini bildirib.

Ruhani həmin əyalətlərin adını açıqlamasa da, yerli mətbuat bunların İraq sərhəddindəki İlam ve Tehrana yaxın Elburz vilayətləri olduğunu yazıb.