BAKI, 5 aprel — Sputnik. Azərbayan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru seçilib. Bu barədə AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçki keçirilib.
Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.