CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

OQ açıqladı: Koronavirusa yoluxmada iki dəfə azalma var, ancaq ölüm sayı artıb

Azərbaycanda indiyədək ümumilikdə 271834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir.
Sputnik

BAKI, 5 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir.

Son sutka ərzində 6763, hazırkı dövrədək isə 2935718 test aparılıb.