VİDEO

Çağırılmamış qonaq: Oxlu kirpi mətbəxə hücum etdi - Video

Vəhşi təbiəti çəkən fotoqraf öz mətbəxində xüsusi qonağa - oxlu kirpiyə rast gəlib. Daha ətraflı videoda baxın.
Sputnik

Heyvan arxa qapıdan mətbəxə daxil olub. CAR sakini Tim Beynhemin onu küçəyə qovmaq cəhdlərinə cavab olaraq oxlu kirpi iynələrini qabardır.

Peşəkar fotoqraf və vəhşi heyvanlar üzrə məsləhətçi olan Tim Beynhem öz ailəsi ilə Hudsput şəhərində vəhşi təbiət qoruğunun yanında yaşayır.

Bu illər ərzində Beynhemin həyətində pavianlar, ilanlar və varanlar olublar.