BAKI, 4 aprel - Sputnik. İtaliyanın Scenarieconomici nəşri oxucularından NATO tərkibində Rusiyaya qarşı döyüşməyə hazır olub-olmadıqlarını soruşub.
"Sizə vermək istədiyim sual belədir: Kiyev uğrunda ölməyə hazırsınız?" - jurnalist məqaləsində sual edib.
Oxucuların əksəri belə müharibəni mənasız sayıb.
"Böyük hesabla, Ukrayna bizim üçün Marsda sönmüş vulkan qədər maraqlı olmalıdır. Qoy özləri öz aralarında həll etsinlər. Amerikalılar da öz işləri ilə məşğul olsunlar", - oxuculardan biri yazıb.
"Onlar heç vaxt öz ərazilərində müharibə aparmayıblar. Müharibəni ancaq televizordan izləyirlər, heç vaxt öz ölkələrində döyüşməyiblər", - başqa bir oxucu amerikalılar haqda yazıb.
Bu ərəfədə Almaniyanın Xarici işlər naziri Hayko Maas ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığından sonra Donbasdakı vəziyyəti diqqətlə izlədiklərini və tərəfləri deeskalasiyaya dəvət etdiklərini vurğulamışdı.
ABŞ Prezidenti Cozef Bayden isə Rusiya ilə müharibə olacağı təqdirdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə yardım etməyə söz verib.