BAKI, 4 aprel - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov sovet mətbəxinin üstün cəhətlərini sadalayıb.
Mütəxəssis deyib ki, SSRİ vaxtı qida daha təbii, qida rejimi nümunəvi sağlam idi, ərzağı isə DÜST-ün (QOST) tələbləri ilə hazırlayırdılar.
"Bizdə mütləq şorba, quru yemək, desert və kompot olurdu. Bizdə kök adam yox idi", - Myasnikov "Rossiya-1"in efirində deyib.
Həkim qeyd edib ki, hazırda artıq çəkidən əziyyət çəkən insanların sayının artması daha çox qida sənayesinin spesifikası ilə əlaqədardır. Onun sözlərinə görə, müasir qida məhsullarının tərkibində geni dəyişdirilmiş soya və dad əvəzediciləri var, onlara hər yanda böyük miqdarda şəkər və palma yağı əlavə edilir.